ManşetSosial

Əlisa Nicat ehtiyac içində yaşayır: qazpulunu verməyə belə imkanı yoxdur

Azərbaycanın ən tanınmış yazıçılarından biri, həm də filosof Əlisa Nicat ehtiyac içində yaşayır. JAMAZ.İNFO xəbər verir ki, 87 yaşlı və 100-dən çox kitabın müəllifi olan yazıçımız aylıq qaz pulunu ödəmək gücündə olmadığını belə dilinə gətirib.

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bununla bağlı məlumat yayaraq, Əlisa Nicatın vəziyyətini sosial şəbəkədə çatdırıb.

“Əlisa Nicatdan soruşuram qalın geyinmisən çox üşüyürsən? Deyir, ev soyuqdur.

– bəs qaz gəlmir?

– qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm”.

Qeyd edək ki, Əlisa Nicat Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Lakin AYB-dən ona heç bir yardım edilmir. Görünür, Anarın başı qurultaydan qalmış pulları yerbəyer etməyə qarışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button