DünyaManşet

Əli Daei Qətərə getməkdən imtina etdi: “Xalqın yanında olacam”

İranın məşhur futbolçularından biri, son aksiyalara ən çox dəstək verən “Perspolis” klubunun baş məşqçisi Əli Daei Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak etməkdən imtina edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Daei açıqlama yayıb.

O bildirib ki, FİFA açılış törənində ona və ailəsinə iştirak üçün dəvətnamə göndərib. Lakin o, Qətərə getməkdən imtina edib, ölkədə qalacağını bildirib. “Mən İranda qalıb, xalqın yanında olmaq, bu günlərdə yaxınlarını itirən ailələrə baş çəkərək, onlara baş sağlığı vermək niyyətindəyəm. Onları bu vəziyyətdə tək qoyub, getməyim doğru olmaz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button