ManşetSosial

ƏƏSMN üçəm körpələrin yardımını kəsdi: “Özümü nazirliyin qarşısında yandıracam” – Şikayət  

Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, döngə 1, ev 11 A-da yaşayan Qasımova Əfsanə Yasəf qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir. JAMAZ.İNFO xəbər verir ki, 7 nəfərlik ailə üzvündən ibarət olan xanım Qasımova yazır ki, bir neçə ildir ünvanlı sosial yardım alırmışlar.

Onun sözlərinə görə, sonuncu müraciətini 01.02.2023-cü il tarixində ediblər və həmin müraciətə əsasən 898,88 manat ünvanlı sosial yardım alıblar. “Lakin may ayında aldığımız bu sosial yardım dayandırılıb. Sosial yardımın dayandırılmasının səbəb kimi «Təyinatdan sonra əmək müqaviləsinə xitam verilərsə növbəti bir ay ərzində növbəti əmək müqaviləsi bağlanmazsa» göstərilib”.

Abşeron sakini qeyd edir ki, onlara təyin olunmuş sosial yardımın dayandırılması əsassız və qanunsuzdur. “Belə ki, ailəmizdə beş yatkinlik yaşına çatmayan uşaq var. Bunlardan 3-ü səkkiz yaşına çatmayan üçəm uşaqlardir və iki yaşları yanvar ayında tamam olub. Ailəmizin əmək qabiliyyətli üzviləri mən və həyat yoldaşım Nəcəfov Rövşən Natiq oğludur. Mənim pay torpağı əmlakım var. Həmin pay torpağını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron sisteminin «Sığorta» altsistemindən qeydiyyatdan keçirdərək, SUN nömrəsi də almışam. Buna görədə mən işsiz sayılmıram, məşğul şəxs hesab olunuram. Həyat yoldaşım isə bir müddət idi muzdlu işçi kimni çalışırdı. Bu ilin mart ayında həyat yoldaşımın muzdlu işçi kimi bağladığı əmək müqaviləsinə xitam verilib.İmtinaya səbəbdə onun əmək müqaviləsinə xitam verilərək bir ay ərzində növbəti əmək müqaviləsi bağalmasıdır”.

Əfsanə Qasımova JAMAZ.İNFO-nun elektron ünvanına göndərdiyi müraciətində yazır ki, ƏƏSMN-in göstərdiyi səbəb əsassızdır və boş bəhanədir. “Çünki ailəmizdə üç iki yaşı təzə tamam olmuş üçəm uşaq var. «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilib ki, ailədə səkkiz yaşına çatmayan uşaq varsa həmin uşağa qulluğa görə ailənin əmək qabiliyyətli üzvinin birinə güzəşt olunur. Yəni ailənin həmin üzvinin işləməsi tələb olunmur. Bu qanuna əsasən mənim həyat yoldaşımın işləməsi məcburi deyil. Onun işləyib-işləməmsi özündən asılıdır”.

Xırddalan sakini onu da bildirir ki, fevral ayında sosial yardım almaq üçün elektron qaydada etdiyikləri müraciətdə həyat yoldaşının səkkiz yaşına çatmayan üçəm uşaqlara qulluq edən şəxs kimi göstəriblər. “Ona görə də, ƏƏSMN-in ailəmin sosial yardımın verilməsinin dayandırılması haqqında verdiyi qərar qeyri-qanunidir”.

Üçəm uşaqlarınm anası ƏƏSMN-in naziri Sahil Babayevə müraciət edərək, onu qəbul etməsini istəyib. “Çünki ailəmin ərzağı üçün yeganə gələn pul sosial yardım idi. O da artıq kəsilib.Bir neçə dəfə nazirliyin 142 çağrı mərkəzinə zəng etmişəm. Hər dəfə şikayətimi dinləyib, qeydiyyata alıb sizə çatdırmaq əvəzinə, əsassız imtinanı müdafiə edirlər. Çağrı mərkəzi ona görə yaradılıb ki, vətəndaşlar şikayətlərini desinlər.Amma 142 çağrı mərkəzi şikayəti dinləmək əvəzinə müdafiə edirlər. Ona görə də bilirəm ki, məni nazirliyin aşağı vəzifəli şəxslərdən hansısa qəbul etsə, çağrı mərkəzinin işçiləri kimi imtinanı müdafiə edəcək. Ona görə, sizdən bir daha xahiş edirəm, məni şəxsən özünüz qəbul edəsiniz. Əks halda nazirliyin qarşısında özümü yandıraraq, həyatıma qəsd edəcəm. Çünki beş azyaşlı övladımın ac qalmasının şahidi olmaqdansa, özümü öldürsəm ondan yaxşıdır”.

Nazirliyin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button