ManşetSosial

ƏƏSMN-dən biabırçı addım: Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir birabırçılığa imza atıb. JAMAZ.İNFO xəbər verir ki, nazirliyin bu dəfə imza atdığı biabırçılıq nə ölçüyə, nə də əndazəyə sığır.

Belə ki, sözügedən dövlət qurumu Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsi iştirakçısı, Füzuli rayonu uğrunda gedən döyüşlərdə minaya düşərək, bir ayağını itirmiş Həsənov Murad Teyyub oğluna III qrup əlillik dərəcəsi verib.

Qeyd edək ki, 19 yaşlı Qazimiz ayağının birini itirməsi onun I qrup əlillik dərəcəsi almasını vacib edir. Bir ayağını itirmiş əsgərə III qrup əlillik dərəcəsinin verilməsinin isə məntiqli bir açıqlaması ola bilməz.

Görünür, ƏƏSMN-in tərkibində fəaliyyət göstərən TSEK-lər yenə də nələrisə qarışdırıblar. Daha doğrusu, adi vətəndaşlara göstərdikləri münasibətdən fərqləndirə bilməyiblər. Ki, pensiya, əlillik dərəcəsinin alınmasının nələr müqabilində olduğunu cəmiyyət yaxşı bilir.

Nazirlik hələlik susur. Amma bu susqunluq və ya sabah səhvini düzəltməsi əməlinə bəraət vermir. Çünki göz görəsi biabırçılıq, qanunsuzluq və özbaşınalıqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button