İqtisadiyyat

Tovuz İcra Hakimiyyəti 139 minlik anım günləri keçirəcək

Tovuz Rayon İcra Hakimiyyəti daha bir tenderinə yekun vurub. JAMAZ.İNFO xəbər verir ki, İcra Hakimiyyəti büdcədənkənar vəsait hesabına rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkilini reallaşdırmağa 139.664,8 manat xərcləməyi qərarlaşdırıb.

Həmin tenderin qalibi isə “ADMEDİA.AZ” MMC-dir.

Qeyd edək ki, bu şirkət son zamanlar bir çox tenderlərin qalibi olaraq diqqəti çəkir. Əsasən reklam işləri və hüzn günlərinin təşkili məsələlərində adı daha çox hallanır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button