İqtisadiyyat

Qubad İbadoğlu: “Evlərə verilən istiliyə görə qiymətlər bahalaşacaq”

“Bugün oktyabrın 31-də dünyanın əksər yerlərində, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Avropda qış mövsümünə keçdilər, saatı da 1 saat geri çəkdilər. Azərbaycanda isə saatlarda dəyişiklik olmasa da qış mövsümünə keçid də noyabrın 15-də gözlənilir”. JAMAZ.İNFO xəbər verir ki, bunu tanınmış iqtisadçı, ADRP-nin sədri Qubad İbadoğlu deyib.   

O bildirib ki, ötən ilin bu vaxtları əsgərlərimizin bəxtindən havalar mülayim keçirdi. “Bu il havalar əvvəlki illərə nisbətən daha soyuq keçsə də, “Azəristiliktəhcizat” mənzillərə hələ də istilik vermir. Çox güman ki, istilik verilməmişdən əvvəl qiymətlər yenidən bahalaşacaq, yaxın günlərdə bunun şahidi olacagıq”.

Partiya sdəri qeyd edib ki, əvvəllər yaşadığı ABŞ-da və indi olduğu Böyük Britaniyada evlərə istiliyin verilməsi çöldəki hərarətə uyğun tənzimlənir. “Azərbaycan da bu sistemə keçməlidir. Belə olan halda hətta qışda havalar isti keçərsə, o zaman istiliyə fasilə verilə bilər. Odur ki, Nazirlər Kabineti, “Azəristiliktəhcizat” ASC təqvimlə istilik verilməsindən imtina etməli, Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə  günü sabahdan mənzillərə, sosial müəssisələrə, xəstəxanalara, məktəblərə, uşaq baxçalarına istilik verməyə başlamalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button