İqtisadiyyat

Qazın qiyməti 1450 dollara qalxdı

Dünya bazarlarında təbii qazın qiyməti sürətlə bahalaşır. JAMAZ.İNFO xəbər verir ki, bu gün axşam saatlarında birjalar yeni qiymət, daha doğrusu, rekorda şahid olublar.

Belə ki, sıxılmış təbii qazın hər 1000 kub metri 1450 dollara qalxıb. Bu tarixdə görünməmiş hadisə kimi qeyd olunub.

Qazın sürətlə bahalaşması Avropa ölkələrinin qaz rezervlərinin az olması, mövcud anbarların hələ də doldurula bilməməsidir. Bəzi analitiklər hesab edirlər ki, yaxın iki ayda təbii qazın qiyməti 2000 dollara qədər artacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button