İqtisadiyyat

Qazaxıstanın Azərbaycan ərazisindən neft nəqli üçün əlavə marşrutlar hazırlanır

Qazaxıstanın Energetika Nazirliyi “KazMunayQaz” şirkəti ilə birgə hazırda Azərbaycan istiqamətində neft nəqli üçün üç marşrut – Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa və Aktau-Bakı-Batumi marşrutunu nəzərdən keçirir.

JAMAZ.İNFO Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Hazırda neftin ixrac istiqamətləri üzrə nəqli üçün əlavə marşrutlar hazırlanır. Həmçinin Azərbaycan tərəfi ilə nəql məsələləri ilə bağlı danışıqlar aparılır, bu istiqamətdə işlər davam etdirilir”, – nazirlikdən bildirilib.

Nazirliyin mətbuat xidmətindən əlavə edilib ki, hazırda Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qazaxıstan yükgöndərənləri üçün ixrac baxımından neftin nəqlində ən sərfəli marşrutdur:

“Əlavə marşrutların inkişafının nəzərdən keçirilməsi, onların potensialından, iqtisadi məqsədəuyğunluğundan və digər əlaqədar, o cümlədən texniki amillərdən, eləcə də Qazaxıstanda neft hasilatının artımından asılıdır”.

Oktyabrın sonunda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, ölkə Qazaxıstandan Bakı-Supsa neft kəməri ilə ötürülməsi üçün təminatlı neft həcmlərinin nəqlini gözləyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button