İqtisadiyyat

Qazaxıstan nefti ilk dəfə Almaniyaya göndərilir

Qazaxıstan bu gün, fevralın 22-də Almaniyaya neftin ilk partiyasını göndərməyi planlaşdırır.

Jamaz.info xəbər verir ki, bu barədə ölkənin energetika naziri Bolat Akçulakov məlumat verib.

O, neftin nəqli üçün lazımi prosedurların bu gün başa vurulacağını deyib. “Düşünürəm ki, bu gün daşınma ola bilər”, – deyə Akçulakov jurnalistlərə bildirib.

Qeyd edək ki, Qazaxıstanın “KazTransOil” şirkəti fevralda “Drujba” kəməri ilə Almaniyaya 20 min ton Qazaxıstan neftini nəql etmək niyyətində olduğunu bildirib. Məlumata görə, Qazaxıstan mart ayında “Drujba” kəməri ilə Almaniyaya 100 min ton neft göndərəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button