İqtisadiyyat

“Paşa Holdinq”ə bağlı məşhur şirkət milyonlarla zərər edib

Ölkənin aparıcı şirkətlərindən biri olan “Lu-Mun Holdinq” MMC ötən ili böyük zərərlə başa vurub.
Jamaz.info
Yeniavaz.com-a istinadən xənər verir ki, şirkətin illik hesabatına əsasən, “Lu-Mun Holdinq”in il ərzində xalis zərəri 13 milyon 524 min manat olub.
Əvvəlki illə müqayisədə şirkətin zərəri azalıb.
Belə ki, 2021-ci ildə şirkətin zərəri 16 milyon 315 min manat olub.
Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən “Lu-Mun Holdinq” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir.
“Lu-Mun Holdinq” balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC, ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və keyfiyyətli qızılgüllər sahəsində “Azerbaijan Flowers Company” MMC törəmə müəssisələri mövcuddur.
“Azerbaijan Fish Farm” şirkəti əsasən küri istehsalı və satışı ilə məşğuldur. “Azerbaijan Poultry Company” “Mərcan” brendi altında quş əti məhsulları istehsal edir.
Onu da qeyd edək ki, “Lu-Mun Holdinq” ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər prospekti 153-də yerləşir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button