İqtisadiyyat

Neftin qiyməti niyə ucuzlaşdı?

Neft bazarında gözlənilmədən qiymətlər sürətlə aşağı düşüb. JAMAZ.İNFO xəbər verir ki, son birja əməliyyatlarında ABŞ-ın “Texas” markalıxam neftinin bir barreli 103 dollara enib. “Brent” markalı neft isə 109 dollardan bir qədə ucuz satılıb.

Qeyd edək ki, son günlər sürətlə bahalaşan neftin birdən ucuzlaşmasının əsas səbəbi FED başqanı Jerome Pouellin açıqlamasıdır. Belə ki, o, ABŞ-da tənəzzülün mümkün olduğunu deyib.

Həmçinin ABŞ prezidenti Co Baydenin vergilərlə bağlı açıqlaması da prosesə təsir edib. O son çıxışında bəyan edib ki, ölkədə benzinin qiymətinin artması ilə mübarizə aparmaq üçün Konqresi sentyabr ayına qədər federal benzin vergisini dayandırmağa çağırıb. “Deməli, problem neft hasilatında deyil. Burada mən neft sənayesini daha çox neft emal etməyə dəvət edirəm. Beləliklə, insanların yükünü bir az da götürə bilərik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button