İqtisadiyyat

“Naxçıvabank” Talıbovların yalanını ifşa etdi

Azərbaycanın yeganə regional bankı olan “Naxçıvanbank” ASC uzun müddət ərzində gizli saxladığı mülkiyyətçilərini açıqlayıb.

Jamaz.info FED.az-a istinadən xəbər verir ki, Bankın Naxçıvan Ali Məclisinin keçmiş sədri və muxtar respublikanın faktiki rəhbəri Vasif Talıbovun ailəsinə məxsus olduğu qeyri-rəsmi bildirilsə də, bank ölkə qanun vericiliyinin bu maddəsini pozaraq mülkiyyətçilərini açıqlamırdı.

İndi isə 2022-ci il üzrə illik hesabatda bankın əsl sahibləri “görünüb”.

Rəsmi hesabata əsasən 2022-ci il dekabrın 31-ə olan vəziyyətə «Naxçıvanbank» ASC Talıbovlar ailəsinə aid 4 fiziki şəxsə məxsus olub.

Bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66% (nəzarətedici zərf), Seymur Talıbovun 20,48%, qızı Talıbova Baharxanım 9,82%, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04% səhmi olub.

Qeyd edək ki, “Naxçıvanbank” ASC 2008-ci ildə dövlət qeydiyyatından keçib, 2008-ci ilin 4 avqustunda isə bank lisenziyası alaraq fəaliyyətə başlayıb. 2014-cü ilin martında bank 100% özünə məxsus olan yerli sığorta şirkətini – “Naxçıvansığorta”nı təsis edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button