İqtisadiyyat
Mərkəzi Bank istehlak kreditlərini məhdudlaşdırıb
Mərkəzi Bank inflyasiyanın qarşısını almaq üçün istehlak kreditlərini məhdudlaşdırıb.
Jamaz.info xəbər verir ki, bu barədə Milli Məclisin qtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
“Bu bir növ inflyasiyanın qarşısını almaq üçündür. Sabit məzənnə rejimi nominal effekt vasitəsi ilə inflyasiyaya azaldıcı təsir göstərir. Bundan başqa inflyasiyanı nəzarət altına almaq üçün uçot dərəcəsinin effektivliyini artırmış olacağıq”, – deyə AMB sədri vurğulayıb.