İqtisadiyyat

Keçən ilin dövlət büdcəsinin xərcləri

2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29879,0 milyon manat məbləğində təsdiq olunub.

Jamaz.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

Dövlət büdcəsinə həmin ilin iyul ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 2424,8 milyon manat artırılaraq 32303,8 milyon manat məbləğində müəyyən edilib.  Buna müvafiq olaraq dövlət büdcəsi xərclərinin rüblük bölgüsü yenidən aparılmaqla ilkin təsdiq olunmuş bölgüyə nisbətən 3-cü və 4-cü rüblər üzrə xərclər cəm olaraq nisbət ifadəsində 3,23 faiz, mütləq ifadədə isə 2424,8 milyon manat artırılıb.

Nəticədə iyul ayında aparılmış yeni rüblük bölgüyə əsasən, 2022-ci il dövlət büdcəsi xərclərinin 60,2 faizi və ya 19448,7 milyon manat məbləğində vəsaitin istifadəsi məntiqi olaraq ilin 2-ci yarımilliyi üçün proqnozlaşdırılmış və faktiki olaraq həmin dövr üçün icra 59,7 faiz və ya 19128,0 milyon manat təşkil edib.

Beləliklə, 2022-ci il dövlət büdcəsinin 32303,8 milyon manat məbləğində təsdiq olunmuş xərcləri 99,3 faiz və ya 32064,6 milyon manat məbləğində icra olunmuşdur ki, bu da 2021-ci illə müqayisədə 4642,2 milyon manat və ya 16,9 faiz çoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button