İqtisadiyyat

İrandan Türkiyəyə qaz ixracı kəskin azalıb

Yanvarın 1-dən Gürbulak-Ağrı giriş nöqtəsindən Türkiyəyə İran qazının nəqli 70% azalıb.
Jamaz.info xəbər verir ki, bu barədə Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti (BOTAŞ) məlumat yayıb.

Bildirilir ki, azalmaya səbəb İranın qazötürücü sistemində yaranan nasazlıqdır.

“Problemin qısa müddətdə aradan qaldırılması üçün iranlı həmkarlarımızla əlaqə saxlanılıb və məsələni diqqətdə saxlayırıq. Bunun ölkədə təbi qaz istehlakına mənfi təsir etməməsi üçün lazımi tədbirlər görülüb, əlavə qaz tələbatımız qaz anbarlarından qarşılanılır”, – məlumatda deyilir.

Xatırladaq ki, ötən ilin yanvarında İran tərəfində qazötürücü sistemində yaranan texniki problemlər səbəbindən Türkiyəyə qazın nəqli 10 gün müddətinə dayandırılmışdı. İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə ildə orta hesabla 10 milyard kubmetr qaz tədarük edir. 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16 %-ə yaxın olub. 2022-ci ilin oktyabrında İran və Türkiyə bir sıra yeni qaz ixracı razılaşmaları əldə ediblər. Razılaşmaya əsasən, mövcud istehsal güclərinin inkişafı yolu ilə İran qazının tədarükünün daha da artırılması mümkün olacaq.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button