İqtisadiyyat

İqtisadçı Samir Əliyevin dilindən: Lirə nə qədər duruş gətirə biləcək?

Türkiyə prezidentin Ərdoğanın çıxışında təklif etdiyi yeni mexanizm milli valyutanı qorumaqla yanaşı bank sektorunun dollarlaşmasının qarşısını almaq cəhdidir. Açıqlamadan məlum olur ki, türk lirəsinin məzənnəsinin ucuzlaşma səviyyəsi lirə əmanətinə verilən faiz gəlirindən çox olarsa, bu halda fərq birbaşa əmanətçiyə ödəniləcək və bu, gəlir vergisindən azad olunacaq.
Digər tərəfdən ixracatçı şirkətlərə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək ki, şirkətlər həmin məzənnə əsasında satış strategiyalarını qursunlar. Bu halda da forvard məzənnə ilə satış məzənnə arasındakı fərq ixracatçı şirkətlərə kompensasiya ediləcək. Yeni maliyyə aləti kifayət qədər cəlbedicidir.
Təsadüfi deyil ki, açıqlama bazara pozitiv siqnal göndərdi lirə dollar qarşısında əhəmiyətli dərəcədə bahalaşdı. Dünənki xəbərin təsiri ilə bu gün də davam edib, Asiya bazarlarında lirə mövqeyini xeyli möhkəməndirib. Hazırda lirə dollar qarşısıda bahalaşaraq 11,32 USD/TL səviyyəsində satılır.
Türkiyə lirənin ucuzlaşmasının zərərlərindən biri də bank sektorunun dollarlaşmasını stimullaşdırmasıdır. Yola saldığımız 2021-ci ildə həm kredit, həm də depozit portfeli ABŞ dollarının “nəzarəti altına” keçib. Belə ki, dekabr ayının 10-u tarixinə olan məlumata görə, il ərzində xarci valyuta kreditlərinin payı kredit qoyuluşunda 31.9%-dən 41.6%-ə, ümumi depozitlərdə 54,5%-dən 63,6%-ə yüksəlib. Bu göstərici xarici valyutaların xeyrinə qiymətli kağızlarda da dəyişərək 41,2%-dən 52,4%-ə çatıb.
Xarici valyutaların payının artması lirə depozitləri və kreditlərinin azalması ilə bağlı yox, xarici valyutaların artım tepminin lirənin artım tempini üstələməsi və əlbəttə məzənə ilə bağlıdır. Məsələn, il ərzində lirə kreditləri 17,5%, depozitləri 25,8% artıb. Ancaq bu müddət xarici valyuta kreditləri 79%, xarici valyuta depozitləri 83,2% artıb.
Ərdoğanın təqdim etdiyi maliyyə alternativini müsbət təsirinin nə qədər davam edəcəyini söyləmək çətindir. Hazırda əsas problem inflyasiyadır. Ölkədə qiymətlər kəskin sürətdə bahalaşır, bir tərəfdən də pul emissiyası artacaq. Ölkədən kapital axını var, valyuta ehtiyatı tükənir, xarici borc artır. Lirəyə inamın arxasında real iqtisadi güc durmalıdır. Nə qədər ki siyahi hakimiyyət monetar hakimiyyətə müstəqil qərar verməyə imkan verməyəcək, atılan addımların effektinin uzunmüddətli və dayanıqlı olması şübhə doğurur.
P.S. Xatırladaq ki, hazırda 1 dollar 13.66 lirəyə yüksəlib. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button