İqtisadiyyat

İnflyasiya 18 ayda ilk dəfə azaldı

Noyabr ayında Türkiyədə istehlak qiymətlərinin artım tempi son ilyarımda ilk dəfə olaraq 85 faizdən aşağı düşüb.

Jamaz.info xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (Turkstat) məlumatına görə, ötən ay qiymətlər (CPI indeksi) illik ifadədə 84,4 faiz bahalaşıb. Oktyabr ayında inflyasiya 85,5 faiz təşkil edib. Halbuki analitiklər inflyasiyanın orta hesabla 84,65 faiz olacağını gözləyirdi.

Türkiyədə 3,5 faizlik inflyasiyanın qeydə alındığı oktyabr ayı ilə müqayisədə istehlak qiymətlərində 2,9 faiz bahalaşma qeydə alınıb. Bununla yanaşı, noyabrda istehsal qiymətlərində müşahidə olunan artım tempi (PPI indeksi) bir ay öncəki 157,7 faizlik göstərici ilə müqayisədə 136 faizə enib. Aylıq göstərici bir ay əvvəlki 7,8 faizlik sıçrayışdan sonra yalnız 0,7 faiz artıb.

Noyabr ayının sonunda Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 1,5 faiz azaldaraq 9 faizə endirib. Bazar ertəsi günü keçirilən valyuta hərracının gedişində türk lirəsinin məzənnəsi 1 dollar üçün 18,64 lirəyə bərabər olub.(Modern.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button