İqtisadiyyat

Hökumət bununla bağlı hər il hesabat açıqlamalıdır – Ekspert

“Hökumət hər il uşaqların sosial müdafiəsinə dair ayrıca hesabat açıqlamalıdır. Həmin hesabatda uşaqların sosial müdafiəsilə bağlı həyata keçirilən bütün tədbir, təşəbbüs və proqramlar, onlara sərf edilən maliyyə vəsaitləri barədə detallı məlumatlar yer almalıdır”.
JAMAZ.info xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, hər bir bölgə üzrə xərclənən vəsait, onların əhatə etdiyi uşaqların sayı barədə informasiyalar olmalıdır:
“Eləcə də həm ölkə, həm də bölgələr üzrə uşaq yoxsulluğu ölçülməli və hesabat daxil edilməlidir. Əlimdə olan mənbələr üzrə Azərbaycanda hökumətin uşaqların sosial müdafiəsilə bağlı xərcləmələrini araşdırmağa çalışdım:
1. Ünvanlı sosial yardımların 54%-ə qədəri uşaqlara çatır – təxminən 135 mln. manat
2. 18 yaşadək əlilliyi olan uşaqlara aylıq müavinətlər – 123 mln. manat
3. Ailə başçısı itirməyə görə ödənən aylıq müavinətlər – 45 mln. manat
4. Uşağın anadan olmasına görə müavinətlər – 16 mln. manat
5. Bəzi qruplardan olan ailələrdə (məsələn, hərbi qulluqçuların, şəhidlərin övladları) uşaqlarına müavinətlər – 12 mln. manat
5. 5-dən çox uşağa görə ailələrə müavinətlər – 6 mln. manat.
Bunun cəmisi edir 337 mln. manat.
Rəqəm azdır, ya çox? Bunun üçün bircə müqayisə təqdim edəcəm: Avropa ölkələrində uşaqların sosial müdafiəsi ilə bağlı xərclərin ÜDM-də payı orta hesabla 2.5% ətrafındadır. Ayrı-ayrı ölkələrdə daha yüksəkdir. Məsələn, Fransada 4%-ə yaxın.Azərbaycanda 0.4%-dir. Bu o deməkdir ki, hər 1000 avro milli gəlirin Avropada hər 20-25 (Fransada 40) avrosu, Azərbaycanda isə hər 1000 manat milli gəlirin cəmi 4 manatı bilavasitə uşaqların sosial müdafiəsinə xərclənir”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button