İqtisadiyyat

“Goldman Sachs” proqnozlarını açıqladı: Bu il əmtəələr daha çox gəlir gətirəcək

Dünyada qlobal infliyasiya problemi davam etdiyi bir vaxtda Amerikanın nəhəng “Goldman Sachs” bankı yeni yanaşmaların ortaya çıxacağına dair proqnoz verib.

JAMAZ.İNFO xəbər verir ki, bankın analitikləri 2023-cü ildə əmtəələrin digər aktiv vasitələrdən daha yüksək gəlir gətirəcəyini bildiriblər. Həmin proqnoza görə, qlobal makroiqtisadi mühitdə köklü dəyişikliklərin və aşağı ehtiyatların əmtəələrdə yüksək ümumi gəlir təmin edə biləcək. Analitikləri S&P GSCI Əmtəə İndeksində gələcək 3, 6 və 12 ayda 9,9 faiz, 17,3 faiz və 31,2 faiz gəlirlik olacaq. Onlar 12 aylıq dövrdə enerjidə 46,9, sənaye metallarında 29,67, qiymətli metallarda isə 5,7 faiz artım gözlədiklərini vurğulayırlar.

Analitiklər neftin qiymətinin əsl dəyərini əks etdirmədiyini, Rusiyanın hasilatı azaltmasına baxmayaraq, qiymətlərin artmadığını, Çinin iqtisadiyyatını yenidən açması ilə oyun oynadığını da qeyd ediblər. Onlara görə, neft, emal olunmuş neft məhsulları, LNG və soya kimi əmtəələrin Çinin tələbindən təsirlənəcəyini vurğulayırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button