İqtisadiyyat

Dövlətə 6 milyon borcu olan “Green Rose”un sahibi kimdir?

6 milyon manat vergi borcu olan “Green Rose” MMC ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə çəkişməsi Ali Məhkəmədə davam edəcək.
Jamaz.info Qaynarinfoya istinadən xəbər verir ki, “Green Rose” MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5 milyon 914 min 105 min 49 qəpik borcu var.
Şirkətin qanuni təmsilçisi Əlirza İsayev Hacırza oğludur. 2010-cu ildə dövlət qeydiyyatından keçən, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Novxanı-Sumqayıt yolu, Sahil küçəsi, Novxanı yolunun sol tərəfi göstərilib.
Apardığımız araşdırmaya əsasən, Əlirza İsayevin adında daha bir neçə şirkət mövcuddur. Bunlardan biri “Studiya Dizayn” MMC-dir. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev ev 15, mənzil 109-da yerləşir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button