İqtisadiyyat

Bir neçə ay ərzində 100 minlik tenderləri udan Vüsalə Sultanova kimdir?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Dəyəri 58 min 500 manat 44 qəpik olan 2 tender müsabiqəsinin qalibi “SL 99 Corp” MMC (VÖEN – 1102638151) olub. MMC kollecdə əsaslı və cari təmir işləri həyata keçirəcək.
Məlumat üçün bildirək ki, şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan şirkət 22.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. “SL 99 Corp” MMC-nin qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.
Bu şəxs qeyd olunan ünvanda qeydiyyatda olan daha bir-neçə şirkətə rəhbərlik edir. Sultanova Vüsalə Vaqif qızı “Delta 10 LT” MMC (VÖEN – 1102638281), “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) və “Yaşam 88 LT” MMC-nin (VÖEN – 1102638301) də rəhbəridir.
Onu da qeyd edək ki, Sultanova Vüsalə Vaqif qızının rəhbərlik etdiyi şirkətlərdən biri – “Smart 86 Corp” MMC dünən (29.11.2022) AMEA-nın nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun keçirdiyi 11 min 200 manatlıq tenderin də qalibi olub.
Ümumilikdə isə 5 ay əvvəl dövlət qeydiyyatına alınmalarına baxmayaraq bu şirkətlər fərqli istiqamətlərdə dəyəri 100 minlərlə manat olan onlarla tenderin qalibi olmağı bacarıb.
Bir daha xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 5 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.(Yeniavaz.com)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button