İqtisadiyyat

“Bank Avrasiya” da bağlana bilər: Ativləri və depozit portfeli azalıb

“Bank Avrasiya”nın oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 9.8% və ya 22 milyon manat azalaraq 202 milyon 243 min manata enib. Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 124 milyon 481 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 17.3% və ya 25.9 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 18% və ya 14.3 milyon manat azalaraq 65 milyon 308 min manata enib. Göründüyü kimi, sözügedən bankda geriləmələr müşahidə olunur.

JAMAZ.İNFO xəbər verir ki, lisenziyası ləğv edilmək ehtimalı ilə üzləşən banklardan biri də bu ola bilər. Göstəricilərə və gedişata görə, “Bank Avrasiya”nın bağlanması istisna edilmir. “Muğan Bank”ın ardınca onun da ləğvi gündəmdədir. İqtisadçılar da bu qənaətdədir ki, “Bank Avrasiya” bağlanacaq növbəti bank ola bilər. İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankın (AMB) “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsi və bankın müflisləşmə yolu ilə bağlanması haqda qərarından sonra yazmışdım ki, banklarımızın maliyyə vəziyyəti qənaətbəxş olsa da, kredit faizlərinin əlverişsizliyi ucbatından kreditləşmə lazımi səviyyədə deyil. Onun dediyinə görə, bunda işgüzar fəallığın zəif olması da rol oynayır: ” Odur ki, yaxın vaxtda digər xırda bankların da iflasa uğrayacağını müşahidə edəcəyik – deyə, qeyd etmişdim. Ölkədə müstəqil, yəni hər hansı bir dairəni, qrupu, müvafiq biznes fəaliyyəti və maraqlarını, nüfuz dairəsini və sairəni təmsil etməyən bank və yaxud banklar olmadığı üçün, hər birinin istənilən an bağlanmaq və yaxud lisenziyasının əlindən alınma təhlükəsi olduğunu dəfələrlə qeyd etmişəm!

Məsələn, sabah, elə bir bankın lisenziyası əlindən alına bilər ki, buna daha çox təəccüblənə bilərik… Odur ki, “Muğan Bank”ın lisenziyasının ləğv edilməsi də bizim üçün sensasiya deyil”.
Ekspertin fikrincə, belə bankların mövcud vəziyyəti daha ətraflı təhlil edilməli və mümkün çərçivədə onlara müvafiq dəstək göstərilməlidir: Çünki bu cür bankların maliyyə yardımlarına ehtiyacı var: “Düzdür, bunun effekt verib, verməyəcəyi hesablanmalıdır. Lisenziyasının ləğvi ən asan və sonuncu çıxış yoludur. Sektorda “Muğan Bank” kimi banklar az deyil.
Amma bu, həmin bankların hamısını bağlamaq lazım gəldiyi qənaətinə gəlmir və gəlməməlidir. Sözügedən tipli banklar birləşə də bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button