İqtisadiyyat

Bağlanmış bankların yaşayış evləri satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu fəaliyyətin dayandırmış banklara məxsus mənzilləri satışa çıxarıb.

Jamaz.info xəbər verir ki, 25 may 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək hərracda fəaliyyətini dayandırmış “RoyalBank” ASC-nin və “AmrahBank” ASC-nin balansında olan mənzillər satılacaq.

25 may 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “RoyalBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 99 üvvanaında yerləşən (ü/s 24,2 kv.m) mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 22000 manatdır.

25 may 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AmrahBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 53A ünvanında yerləşən (ü/s 118,40 kv.m) 35 saylı mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 128600 manatdır.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button