İqtisadiyyat

Azərbaycanda ilk: Qaz ixracı neft ixracını üstələdi

Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 26 milyard 166 milyon dollar olub.
Jamaz.info
Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% və ya 1 milyard 330 milyon dollar artıb.
İdxal əməliyyatları üzrə 8 milyard 198 milyon dollar (artım 29%), ixrac əməliyyatları üzrə 17 milyard 968 milyon dollar( azalma 2,8%) ticarət həcmi qeydə alınıb.
Bu ilin ilk yarısında ticarət dövriyyəsində 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Ötən ilin eyni dövründə bu göstərici 12 milyard 122 milyon dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 19% azalma qeydə alınıb.
Onu da bildirək ki, ixrac əməliyyatlarının 90,1%-i neft-qaz sektorunun payına düşüb. Xam neft və neft məhsullarının ümumi ixracda payı 43,4%, təbii qazın payı isə 44,7% olub.
Onu da qeyd edək ki, bu ilin ilk yarısının nəticəsinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyər ifadəsində həcmi ilk dəfə xam nefti üstələyib.(yeniavaz)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button