İqtisadiyyat

“Azərbaycana ucuz, kasıb turist lazım deyil”

“Azərbaycana ucuz, kasıb turist lazım deyil”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, Azərbaycana təyyarə ilə gələn vətəndaşlar daha maraqlıdır:
“Quru sərhədlə Azərbaycana kim gələcək? Ya Rusiya, ya İran, ya da Gürcüstan vətəndaşları, onlar da Azərbaycanda çox pul xərcləyən deyil. Ona görə də quru sərhədlə Azərbaycana gələn turistlər bizim üçün maraqlı deyil”.
Əkrəm Həsənov Azəraycana güclü turust axınının olmadığını etiraf edib:
“Bir ara ərəblər gəlirdi, onları da gözümçıxdıya saldıq. İndi onlar da gəlmir. Hesab edirəm quru sərhədlərin bağlı olmasından ancaq Azərbaycan vətəndaşları əziyyət çəkir. Vətəndaşlar Rusiya, Türkiyə və Gürcüstana gedə bilmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button