İqtisadiyyat

330 min vergi borcu olan şirkət gömrük qaydalarını pozdu – Məşhur MMC məhkəmə qarşısında

Külli miqdarda vergi borcu olan “Turan Transport Naqliyyat Ekspedisiya Kompaniyası” cərimə oluna bilər.
Jamaz.info Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Gəncə Şəhər Məhkəməsinə göndərilib.
İşə hakim orxan Cəfərlinin sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq. Bu maddəyə əsasən, vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, qanuni təmsilçisi İskəndərli Rövşən Səlim oğlu olan “Turan Transport Naqliyyat Ekspedisiya Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 332 min 333 manat 75 qəpik vergi borcu var.
Xatırladaq ki, “Turan Transport Naqliyyat Ekspedisiya Kompaniyası” MMC yükdaşıma ilə məşğuldur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) icazələr almaqla Avropaya, Asiyaya və bir sıra ölkələrə yükdaşıma həyata keçirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button