İqtisadiyyat

200 illik tarixi olan məşhur şirkət Azərbaycanı tərk edir?

200 illik tarixi olan məşhur logistika şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
Jamaz.info
 xəbər verir ki, Almaniyanın “DHL Global Forvarding” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “DHL Global Forvarding Azərbaycan” MMC (VÖEN – 1403459321 ) ləğv olunduğunu elan edib.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Mətbuat prospekti küçəsi, ev 35c ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “DHL Global Forvarding Azərbaycan” MMC 24.06.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 miyon 218 min 660 manat olan MMC-nin qanuni təmsiçisi Gürcüstan vətəndaşı olan Zurab Sapanadzedir.
Məlumat üçün bildirək ki, mərkəzi qərargahı hazırda Almaniyada – Bonn şəhərində yerləşən “DHL Global Forvarding” şirkəti 1815-ci ildə “Danzas” adı ilə  Fransanın Saint-Luis şəhərində qurulub. “DHL Global Forvarding” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.(Yeniavaz)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button