İqtisadiyyat

Ərzaq qiymətləri kəskin artıb

Anomal istilər və tədarüklə bağlı məhdudiyyətlər fonunda dünyada ərzaq qiymətləri artıb.

Jamaz.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında qeyd olunub.

Agentlikdən bildirilib ki, iyul ayında qida məhsullarının qiymət indeksi 1,3 faiz artıb. İyun ayında iki illik minimuma çatdıqdan sonra üç ayda ilk dəfə olaraq belə bir artım qeydə alınıb. Qiymətlərin artmasına dünyada tədarüklə bağlı yaşanan problemlər təsir edib.

Bundan başqa, ərzaq qiymətləri indeksinin dəyəri ötən ilin martında müəyyən edilmiş rekorddan xeyli aşağı olsa da, onun artması ərzaq inflyasiyası üçün yeni riskə çevrilir və bu da yüksək risk olaraq qalır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button