İqtisadiyyat

Əmanətlərin vergiyə cəlb olunması səhv qərardır – Fəsadları olacaq

Məlum olduğu kimi, fevralın 1-dən etibarən banklarda olan əmanətlər vergiyə cəlb olunur.
Qeyd edək ki, son 7 ildə (2016-cı il fevralın 1-dən etibarən) bu əmanətlər vergidən azad edilmişdi.
Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi.
Jamaz.info xəbər verir ki, iqtisadçı-ekspert Elşad Məmmədovun Bakupost.az -a bildirdiyinə görə, ötən 7 il müddətində əmanətlərin gəlir vergisindən azad olunması banklara investisiya axınının sürətlənməsinə imkan yaradıb:
“Bu dövrdə banklarda mövcud olan əmanətlərin həcmi xeyli artıb. Bu, müsbət addım idi”.
Elşad Məmmədovun sözlərinə görə, əmanətlərin yenidən gəlir vergisinə cəlb olunması fiskal siyasətin sərtləşdirilməsi, pulun və potensial investisiyaların geri çəkilməsidir:
“Pul-kredit, fiskal siyasət o halda sərtləşdirilə bilər ki, ölkədə artıq pul kütləsi var. Amma Azərbaycanda belə proses müşahidə edilmir. Ona görə də hesab edirəm ki, məsələyə yenidən baxılmalıdır. Bu, ilk növbədə bank sektorundakı investisiya yönümlü kreditlərin artmasına mənfi təsirini göstərəcək”.
İqtisadçı hesab edir ki, bu, ölkədə investisiya mühitinə təkan verən qərar olmayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button