Gündəm

Vaqif Xaçaturyanın ilkin dindirilməsi keçirilib

“Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçaturyanın ilkin dindirilməsi keçirilib.

Jamaz.info xəbər verir ki, bunu APA-ya müsahibəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

İlqar Səfərov bildirib ki, Vaqif Xaçaturyan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibbi müəssisəsinə köçürülüb:

“Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçaturyana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır”, – o qeyd edib.

İlqar Səfərovun sözlərinə görə, ilkin olaraq istintaq zamanı 9 nəfər erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib: “Onlardan Vaqif Xaçaturyan tutularaq istintaqa təhvil verilib. Axtarışda olan şəxslərin, o cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button