Gündəm

Tanınmış vəkil koronavirusdan dünyasını dəyişdi

Tanınmış vəkil Adil İsmayılov koronavirusdan dünyasını dyişib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun vəkil həmkarı Aqil Layıc öz Feysbuk hesabında yazıb.
“Qəti olaraq inanmaq istəmirəm: Adil İsmayilov COVİD-ə yenik düşdü… Çox böyük itki oldu bu. Allah rəhmət eləsin. Hüquq sistemi üçün çox böyük itki oldu”, – vəkil əlavə edib.
Xatırladaq ki, Adil İsmayılov 1957-ci ildə anadan olub. İndiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox tanınmış şəxsin, o cümlədən 2004-cü ildə Macarıstanda tutularaq ömürlük həbsə məhkum edilmiş, 2012-ci ildə Azərbaycana gətirilərək azadlığa buraxılmış zabit Ramil Səfərovun vəkili olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button