Gündəm

Stanislav Zas: “KTMT hesab edir ki, sərhəd problemini iki ölkə özü həll etməlidir”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı toqquşmaların və atışmaların baş verməsi, nəticədə insanların həlak olduğu gərgin vəziyyətin davam etməsindən çox narahatdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu qurumun baş katibi Stanislav Zas bildirib.

O hesab edir ki, sərhəd məsələsi yalnız siyasi və diplomatik yollarla həll edilməlidir. “Bu kontekstdə KTMT noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmaları dəstəkləyir.  Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması və sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılması istiqamətində işləmək lazımdır”.

O qeyd edib ki, gərginliyi azaltmaq üçün tədbirlərə hər zamankindən daha çox ehtiyac var və bu, böyük əhəmiyyət kəsb edir. “Biz Ermənistan hökumətinin vəziyyəti siyasi və diplomatik yolla həll etmək üçün atdığı addımları dəstəkləyirik. Bu yanaşma bu problemin həlli üçün lazımi ilkin şərtləri təmin eə bilər”.

Noyabrın 16-da Sünikdə baş verən toqquşmaları şərh edən Zas qeyd edib ki, gərginlikdən sonra vəziyyətin öyrənilməsi, əməliyyat planlarının dəqiqləşdirilməsi və təkliflərin hazırlanması üçün Birləşmiş Qərargah rəisinin birinci müavini general-leytenant Xasan Kaloyevin başçılığı ilə KTMT-nin əməliyyat qrupu Ermənistana göndərilib. Zasın fikrincə, bu, indiki vəziyyətdə son dərəcə vacibdir.

Erməni deputatların KTMT tərəfindən qətiyyətli tədbirlər görməyə çağırışlarına gəlincə, baş katib deyib ki, İrəvan əsas diqqəti situasiyanın həllinin digər mexanizmlərinə yönəldir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button