Gündəm

Paşinyan: “Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibənin olması deyil”

“Ümid edirəm ki, KTMT çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasının zəruriliyi ilə bağlı konsensusa nail olacağıq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında çıxış edərkən bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistanın bütün beynəlxalq tərəfdaşları bu və ya digər şəkildə baş verənlərə hələ də dəqiq siyasi qiymət verməyən KTMT-nin deyil, Azərbaycan qüvvələrinin çıxarılmasını zəruri hesab edir. “Biz ümid edirik ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasında konsensus əldə edə biləcəyik. Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibəyə səbəb olmamaqdır. Biz KTMT-nin hansı siyasi mövqe tutduğunu anlamaq istəyirik”.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti məhz bu vəziyyət əsasında formalaşacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button