Gündəm

Lavrov Türkiyəyə gedir: Qarabağ məsələsi müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 30-da Türkiyəyə rəsmi səfərə gedəcək. JAMAZ.İNFO xəbər verir ki, rus baş diplomat Antaliyada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüşdə əsasən Qafqazda baş verənlər, xüsusən Qarabağ məsələsi müzakirə ediləcək. Bundan başqa, Liviya, Suriya və Əfqanıstan məsələləri də gündəmə gətiriləcək.

Qeyd edək ki, Rusiya XİN başçısının Türkiyəyə rəsmi səfərindən sonra bir sıra məsələlər ətrafında yaranmış vəziyyətə aydınlıq gələcək. Ələlxüsus isə Qarabağ və Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq istəyi ilə bağlı yekun qərarın veriləcəyi istisna edilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button