Gündəm

Kahramanmaraşda Azərbaycan məhəlləsi yaradılacaq

Türkiyənin Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq.

Jamaz.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Federasiyasının Türkiyə təmsilçisi Asif Qurban deyib.

Onun sözlərinə görə, layihə Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyi ilə reallaşacaq.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button