Gündəm

İravanda sorğu: “Tezliklə sülh sazişi bağlanacağına inanırıq”

Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda erməni mediası mütəmadi olaraq, İrəvan və digər şəhərlərdə rəy sorğuları keçirirlər. Tribunainfo.az xəbər verir ki, məqsəd əhalinin sülh sazişinin imzalanıb, imzalanmayacağına olan münasibətini müəyyən etməkdir.

Dünən Oragir.News saytı İrəvanda “Azərbaycan və Ermənistan arasında sülh danışıqları nəticə verəcəkmi” sualı ilə sorğu keçirib. JAMAZ.İNFO xəbər verir ki, sorğuda iştirak edən respondentlərin böyük qismi tezliklə sülhün əldə olunacağına ümid etdiklərini bildiriblər.

Bunun nəticə verməyəcəyi, müharibə olacağı düşüncəsində olanların sayında isə bir qədər azalma var. Erməni saytı yazır ki, İrəvan əhalisi indiki qeyri-müəyyən vəziyyətdə yaşamaq istəmədiyini dilə gətirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button