Gündəm

Həmişə Türkiyə ilə əlaqələrin tərəfdarı olmuşam, lakin… – Eks DTX rəhbəri

“Belə bir vəziyyətdə Türkiyə ilə diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq Ermənistan Respublikası üçün ən böyük təhlükədir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Davit Şahnazaryan deyib.
O həmişə Ermənistan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının tərəfdarı olduğunu deyib:
“Mən hər zaman Ermənistan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının tərəfdarı olmuşam, Ermənistan-Türkiyə rəsmi danışıqlarının iştirakçısı olduğumu da xatırlatmaq istəyirəm.
Lakin 44 günlük müharibədən sonra mənim üçün vəziyyət kəskin şəkildə dəyişdi.
Hələ müharibə bitməmiş Türkiyə tərəfindən irəli sürülən ilkin şərtlər indiki Ermənistan hakimiyyəti tərəfindən yanlış şəkildə qəbul edilib”.
Şahnazaryan Türkiyə tərəfinin ilkin şərtlərini xatırladaraq bildirib:
“Qars müqaviləsinin Ermənistan tərəfindən tanınması, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması “Erməni soyqırımı”ndan əl çəkmək deməkdir”.
Şahnazaryanın sözlərinə görə, bütün bunlara dördüncü ilkin şərt – Azərbaycanla Naxçıvan arasında dəhlizin təmin edilməsi əlavə edilib:
“Əslində bu təklif Turan dəhlizidir. Ermənistan hökuməti isə bunu sürətlə həyata keçirməyə çalışacaq.
İkinci təhlükəli məsələ delimitasiyadır. Nəticədə biz Gorus-Qafan yolunda olduğu kimi, İrəvan-Gorus yolunda Tiqranaşendə, Voskepar bölgəsində, yəni Azərbaycanın sərhəd-keçid məntəqələri və gömrük məntəqələrində olduğu kimi vəziyyətlə üzləşəcəyik.
Hərbi cəbhənin delimitasiyası aparılır. Diqqət etmisinizsə, öncə Ermənistanın hakimiyyət orqanları Ermənistanın suveren ərazilərinə təcavüz olduğunu bildirdilər, bundan sonra bu sözlərdən imtina etdilər. Azərilərin “Ermənistan ərazisini tərk etmələri” tələbi var idi. Görünür, bu tələb indi bizim hakimiyyət tərəfindən unudulub”.
Şahnazaryan rabitə komunikasiyyalarının açılmasını Ermənistan üçün üçüncü ən böyük təhlükə hesab edir:
“Görünür, bu barədə artıq razılaşıblar. Söhbət Azərbaycanın Naxçıvana bağlanması yollarından gedir. Ermənistanda bütün kommunikasiyaların açılması barədə danışılır, Azərbaycan isə əksinə edir, bunun bariz nümunəsi kimi bizim üçün vacib olan Gorus-Qafan yolunu göstərmək olar. Bu üç prosesin uğurlu olub-olmamasından asılı olmayaraq, Ermənistanın növbəti hökuməti beynəlxalq hüquq əsasında onları dərhal ləğv edə bilər”.
O, Ermənistan hakimiyyətinin kənardan idarə olunduğunu dəfələrlə dediyini bildirib:
“İlin sonunda aktiv təbliğat aparıldı, Türkiyə və Azərbaycanın bizim üçün təhlükə yaratmadığı açıqlandı. Bu gün fakt ondan ibarətdir ki, Azərbaycan və Türkiyə Ermənistan üçün həyati ekzistensial təhlükələrdir. Həm Ermənistan, həm də bütün ermənilər üçün ən böyük ekzistensial təhlükə hazırkı hakimiyyətdir”, – Şahnazaryan bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button