Gündəm

G20 nazirlərinin görüşü başlayıb – Əsas müzakirə mövzusu nədir?

G20 xarici işlər nazirlərinin iclası bu gün Türkiyə və Suriyada baş verən zəlzələlərdə həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Jamaz.info xəbər verir ki, Hindistanın xarici işlər naziri Subramanyam Caişankar bir dəqiqəlik sükut elan edib.

Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatranın dediyi kimi, Ukrayna ətrafındakı vəziyyət G20 nazirlərinin Yeni Dehlidə keçiriləcək görüşünün mövzularından biri olacaq – nazirlər onun bütün dünyaya təsirini müzakirə edəcəklər.

Rəsmi hissə başlamazdan əvvəl görüşün keçirildiyin yerə ilk gələn Almaniyanın xarici işlər naziri Annalena Burbok olub. Onun gəlişindən təxminən bir saat sonra G20-nin qalan üzvləri Konqres Mərkəzinə gəlməyə başlayıb. ABŞ dövlət katibi Entoni Blinken avropalı və britaniyalı diplomatlar Cozef Borel və Ceyms Kleverli ilə demək olar ki, eyni vaxtda gəlib. Sonuncu gələn isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov olub.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button