Gündəm

Ermənistan itkilərinin sayını açıqladı

Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi ölüb.
Jamaz.info
 Ermənistan mətbuatına istinadən xəbər verir ki, cavab tədbirləri nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.
Xatırladaq ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button