Gündəm

BU GECƏ LAÇIN İŞĞALDAN AZAD OLACAQ

Ermənistan tərəfindən 1992-ci ilin mayında işğal edilmiş Laçın rayonu bu gecə Azərbaycana təhvil veriləcək. JAMAZ.İNFO xəbər verir ki, bu Azərbaycan, Ermənistan və Rrusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən həyata keçiriləcək.

Qeyd edək ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan Ordusu işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxmalıdır. Belə ki, indiyə qədər noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər rayonları işğaldan azad edilib və Azərbaycan Ordusunun nəzarəti altına alınıb. Həmin anlaşmaya əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilməli və işğal başa çatmalıdır.

Qeyd edək ki, Laçın rayonu məsələsi ilə bağlı ziddiyyətli məlumatlar olsa da, onlar hələ də təsdiqini tapmayıb. Belə ki, Laçın rayonu ərazisində yaşayan ermənilərin çıxması üçün onlara bu gecəyə qədər vaxt verilib. Onu da bildirək ki, Laçında yaşayan ermənilər Ağdam və Kəlbəcərdə olduğu kimi, evlərini yandırır və heyvanlarını öldürürlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button