Gündəm

ATƏT-dən səfirliyimizə edilən hücuma reaksiya

“Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm”.

Jamaz.info xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Şmid tviterdə yazıb.

“Həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir”, – o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button