Dünya

Zelenskinin aradan götürülməsi tapşırıldı

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanı, müharibəni daha da gərginləşdirmək üçün bəhanə kimi Kremlə mümkün pilotsuz təyyarə hücumundan istifadə etməməyə çağırıb.

Jamaz.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, o, bunu Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən əvvəl pilotsuz təyyarə hücumu və bununla bağlı Ukrayna prezidentinə qarşı təhdidlər barədə sualı cavablandırarkən deyib.

“Mən bunu bilirəm, xəbərləri gördüm və prezident Zelenskini eşitdim. O, Ukraynanın bu hücumlarda iştirak etmədiyini çox açıq şəkildə bildirdi”, – deyən Borrell, Ukrayna ordusunun öz ölkəsini müdafiə etdiyini vurğulayıb.

Borrellin fikrincə, bu zərbələr Ukraynaya qarşı daha çox hərbi hücumların səfərbər edilməsinə səbəb ola bilər.

“Ən vacibi odur ki, biz Ukraynanı hərbi, siyasi və iqtisadi cəhətdən dəstəkləməyə davam etməliyik. Müharibənin ən yaxşı həlli Rusiyanın onu dayandırması və bütün qoşunlarını Ukraynadan çıxarması olardı”, – Aİ-nin baş diplomatı bildirib.

Qeyd edək ki, mayın 3-də Kremlin mətbuat xidməti Ukrayna pilotsuz təyyarələrinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına zərbə vurmağa cəhd etməsi ilə bağlı məlumat yayıb. Hücum planlaşdırılmış terror aktı və Rusiya prezidentinin həyatına qəsd kimi qiymətləndirilib.

Zelenskinin sözçüsü Sergey Nikiforov isə bildirib ki, Kremlə gecə hücumları haqqında məlumatı yoxdur.

Hücumdan sonra Medvedev Ukrayna prezidenti Vladimir Zelenski və ətrafını “fiziki olaraq aradan qaldırmağa” çağırıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Kremlə hücumdan sonra Medvedevin Zelenskini öldürmək çağırışlarından narahatlığını bildirib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button