Dünya

Zelenskidən Almaniya və Fransaya çağırış: Oyun qaydalarını dəyişin

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü Parisə səfər edərək Emmanuel Makron və Olaf Şoltsdan döyüş təyyarələri vermələrini istəyib. Bundan əvvəl Zelenski Böyük Britaniyadan ukraynalı pilotları öyrətmək vədini alıb.

Jamaz.info xəbər verir ki, müharibə başlayandan bəri ikinci xaricə səfərində Zelenski Fransaya uçmazdan əvvəl Londonda Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kral III Çarlz ilə görüşüb.

Ukrayna prezidenti Parisdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşüb. Hər ikisi çərşənbə axşamı Kiyevin ehtiyaclarını müzakirə etməzdən əvvəl Zelenskiyə Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz veriblər.

“Bizim vaxtımız çox azdır. Mən indi sülh və Rusiyanın başlatdığı müharibəni bitirmək üçün lazım olan silahlardan danışıram”, – deyə Zelenski bildirib:

“Fransa və Almaniyanın oyun qaydalarını dəyişmək imkanı var və mən bugünkü danışıqlarımızı belə görürəm. Biz nə qədər tez uzaqmənzilli ağır silahlara, pilotlarımız isə müasir təyyarələrə sahib olsalar, Rusiyanın təcavüzü bir o qədər tez bitəcək”.

Almaniya kansleri Olaf Şolts Ukraynanın Avropa ailəsinə aid olduğunu bildirərək, Avropa və ABŞ-ın Ukraynanı Rusiyaya qarşı müharibədə dəstəkləyəcəklərini vurğulayıb.

Parisdə çıxış edən Şolts deyib ki, Almaniya və Fransa liderləri cümə axşamı günü AB sammitində Kiyevlə həmrəylik siqnalı verəcəklər.

Zelenski britaniyalı deputatlar qarşısında çıxışında “azadlığın qanadları” adlandırdığı döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi çağırışını da vurğulayıb. Qərb ölkələri hələ ki, Ukrayna Silahlı Qüvvələrini Rusiyanın dərinliklərində zərbə endirə biləcək təyyarə və ya silahla təmin etməyiblər.

Zelenski ilə birgə mətbuat konfransında Rishi Sunak bildirib ki, Rusiya ilə döyüşmək üçün Ukraynaya qırıcı təyyarələrin çatdırılması məsələsində “heç nə istisna edilmir”.

Böyük Britaniya Ukrayna hərbçiləri üçün təlim proqramını genişləndirmək planlarını açıqlayıb ki, onun pilotları NATO standartlarına uyğun müasir təyyarələri idarə edə bilsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button