Dünya

Zelenski Türkiyəyə belə dəstək verdi

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə baş verən zəlzələ ilə bağlı yardım göstərməyə hazır olduğunu bildirib.

Jamaz.info xəbər verir ki, bu barədə o, Tvitter sosial şəbəkəsində paylaşım edib.

O, zəlzələ nəticəsində insanların həlak olması xəbərindən sarsıldığını bildirib. O deyib ki, Ukrayna dost türk xalqının yanındadır və onlara hər cür kömək etməyə hazırdır.

Ukrayna lideri həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button