Dünya

Zelenski onu qovdu

Ukraynada baş prokurorun müavini işdən çıxarılıb.

Jamaz.info xəbər verir ki, Ukrayna baş prokurorunun müavini Aleksiy Simonenko İspaniyada məzuniyyətdən sonra vəzifəsindən azad edilib.

Baş prokurorun müavinin işdən çıxarılmasına səbəb kimi Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədən kənarda istirahəti qadağa etməsinə baxmayaraq, onun məzuniyyət günlərini İspaniyada keçirməsi göstərilir.

Məlum olub ki, Simonenko vəzifə səlahiyyətlərini aşmaqda da şübhəli bilinir.

Həmçinin bildirilir ki, Zelenski Ukraynanın mərkəzi hökumətinin strukturlarında gözlənilən digər kadr dəyişikliklərini də açıqlayıb. Məlumata görə, prezident aparatının rəhbərinin müavini Kirill Timoşenkon da istefa ərizəsi yazıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button