Dünya

Zelenski onu istefaya göndərir

Ukrayna prezidenti Vladimir Zelenski müdafiə naziri Aleksey Reznikovun istefaya getməsi ehtimalını yenidən nəzərdən keçirir.

Jamaz.info xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb. Onun yerinə iki namizəd nəzərdən keçirilir.

“Birincisi Ukraynanın baş nazirinin müavini və yenidənqurma naziri Aleksandr Kubrakov, ikincisi Ukraynanın strateji sənaye naziri Aleksandr Kamişindir”, – nəşr hökumətin məlumatlı mənbələrinə istinadən yazır.

O da qeyd olunur ki, Reznikov Böyük Britaniyada səfir olmaq niyyətindədir. Belə bir perspektivin həqiqətən nəzərdən keçirilib-keçirilmədiyi isə nəşrə məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button