Dünya

Zelenski müharibəyə son qoymaq üçün ilkin şərti elan etdi

“Krımın Ukraynaya qaytarılması Rusiya ilə silahlı münaqişəyə son qoymaq üçün ilkin şərtdir”.

Jamaz.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, diplomatik korpusun və Krım tatar xalqının məclisi nümayəndələri qarşısında müvafiq bəyanatla çıxış edib. Zelenskinin sözlərinə görə, yarımadanın işğaldan azad olunması təkcə Ukrayna üçün deyil, bütün dünya üçün alternativsiz variantdır.

Zelenski Krımın yenidən Ukraynanın olacağına əminliyini ifadə edib, bildirib ki, bu, konvensiyalara və BMT nizamnaməsinə əsaslanaraq dünyada nizam-intizam üçün lazımdır.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button