Dünya

Zelenski İlham Əliyevin olduğu sammitə qatılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Moldovaya səfərə yollanıb.

Jamaz.info xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

Zelenski Kişineu yaxınlığındakı Mimi qalasında keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək. Onun Avropa liderlərinin sammitininə qatılacağı əvvəlcədən açıqlanmamışdı.

“Çoxlu ikitərəfli görüşlər. Qırıcı koalisiyasını inkişaf etdiririk və “Patriotlar” koalisiyasını təklif edirik. Avropa İttifaqı, NATO, sülh formulu. Hamısı gələcəyimizi qorumaq üçündür”, – Zelenski bildirib.

Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Dövlət başçısı mayın 31-də Kişineuya səfər edib və Moldova Prezidenti Maya Sandu, Baş nazir Dorin Reçan ilə görüşüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button