Dünya

Zelenski: Bu tanklar Rusiya ərazisinə girməyəcək

Ukrayna prezidenti Vladimir Zelenski “Leopard” tanklarının Rusiyaya keçməyəcəyinə söz verib.

Jamaz.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın “Leopard” tanklarının Rusiya Federasiyasının ərazisinə keçməyəcəyinə vəd verib. O, həmçinin, bu tankların Ukraynaya çatdırılmasını tələb edib.

Qeyd edək ki, bir müddət öncə bir qrup dövlətin Kiyevə “Leopard” tədarükü ilə bağlı Berlinə təzyiq göstərmək üçün koalisiya yaratmaq planları barədə məlumat yayılıb.

Eyni zamanda, ABŞ və Almaniyanın Müdafiə Nazirliyinin rəhbərləri Ostin Lloyd və Boris Pistorius tankların Ukraynaya verilməsi ilə bağlı mübahisə ediblər. Onlar Ukrayna tərəfinə ilk olaraq kimin avadanlıq tədarük edəcəyi ilə bağlı razılığa gələ bilməyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button