Dünya

Zelenski Avropanın səbrini sınayır

Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərinin səbrini sınamağa başlayıb.

Jamaz.info xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb..

“Zelenskinin əhval-ruhiyyəsi Avropa liderlərinin səbrini sınamağa başlayıb”,- qəzetdə Ukrayna liderinin daha əvvəl Rusiya ilə danışıqlara getməyəcəyi yönündə dedikləri qeyd olunub.

Nəşrdə yazılan məlumata əsasən, Birləşmiş Ştatlar Ukraynadakı döyüşlərdən “okeanla ayrılıb”, ona görə də onların səbri daha artıqdır.

Həmçinin bildirilir ki, ABŞ prezidenti Co Bayden Rusiya ilə danışıqlar baxımından Zelenskiyə təzyiq etməyəcəyini dəfələrlə bəyan edib, lakin Ağ Evin adı açıqlanmayan müşavirlərinin fikrincə, seçilmiş kursu saxlamaq üçün Amerika lideri “Avropada lobbiçilik etməlidir”.

Bundan əvvəl Zelenski sülh danışıqlarına başlamaq üçün rus qoşunlarının çıxarılmasını və 1991-ci il sərhədlərinə qayıtmağı şərt adlandırmışdı. Ukrayna prezidentinin sözlərinə görə, yalnız bu, hərbi yoldan diplomatik yola dönməyə imkan verəcək.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button